Qalereya

“Biz sağlam həyat tərzini seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

     Cari ilin 18 iyun tarixində Nərimanov rayon 200 nömrəli Məktəb-Lisey Komleksuində        “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə  Dövlət Komissiyasının İşçi Qrupunun və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Mahmudova,  Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü Milli Qeyri Hökümət Təşkilatının Prezidenti Rauf Zeyni, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, o cümlədən  Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin həkim narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr,  maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

    Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümaişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında  paylanılması təşkil edilmişdir.

/img/gallery/100x100/2021_06_21_15_32_46_b6df.jpg
  1. “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..

  2. “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..

  3. “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..

  4. “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..

  5. “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..