2021-ci il avqustun 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda Azərbaycan Respublikası Nazirlər Kabinetində görüş keçirilmişdir.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilməsi nəzərdə tutulanişlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problemlərdən biridir. Bütövlükdə bəşəriyyətin müasir gündəliyində duran ən vacib məsələlə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir. Ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılması, ölkə ərazisində hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunması və bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək səmərələliyinin daha da artırılmasının zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Medianın İnkişafı Agentliyi İcraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov narkomanlığa qarşı müasir informasiya vasitələrinin imkanlarından istifadə etməklə təşkil olunması nəzərdə tutulan maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyərək, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələri barədə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.
Görüşün yekunu olaraq, antinarkotik təbliğatın təşkili istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin təşkili məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, narkomanlığın zərəri ilə bağlı sənədli filmlərin və sujetlərin çəkilməsi, problemin mahiyyətini ifadə edən müəllif yazılarının və araşdırmalarının hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssilərini cəlb etməklə xüsusi verilişlərin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə nar..
Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..
Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..
İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...
Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..
Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..
2021-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..
İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..
Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..
Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..