2021-ci il avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə, respublikanın şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu” mövzusunda videokonfrans formatında görüş keçirilmişdir.
Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrə və psixotrop maddələrə nəzarət üzrə institusional sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunmuşdur. Bununla yanası şəhər və rayon komissiyalarıtərəfindən bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin səmərələliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı şəhər və rayon komissiyalarıtərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilmiş, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Yevlax, Xacmaz şəhər və rayon komissiyalarının sədrləri məruzə ilə çıxış edərək, Dövlət Komissiyasının sədrinə hesabat vermişlər.
Görüşün yekunu olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarətin artırılması, narkomanlığa qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin nəticəsinin təhlil edilərək qiymətləndirilməsi və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin aparılması, təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşıması və Dövlət Komissiyasının İşçi Qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsinə dair müvafiq tapşırıqlar verilmişdir

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə nar..
Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..
Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..
İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...
Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..
Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..
2021-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..
İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..
Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..
Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..