Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 26 oktyabr 2015-ci il tarixdə saat 13:30–da Səbail rayonu 6 nömrəli məktəb-liseyin akt zalında “Narkotiklər yoxsa həyat” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği istiqamətində geniş müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar mövzusunda Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə “Həyatla oyun” adlı sosial səhnəcik nümayiş olunmuşdur.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Tədbir televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..
Nizami rayonunda narkomaniyanın cəmiyyətə, insanların s..
1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr oluna..
Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..
Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Milli QHT F..

İctimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi mə..
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri..
Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Milli QHT F..
Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Milli QHT F..
Oğuz rayonunda Narkomanlığa və Narkotik Vasitələrin Qan..