Cari ilin 07 oktyabr tarixində Şirvan və Hacıqabul ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri narkomanlıq probleminə dair treninqlərə cəlb olunublar.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şəxsi Heyətlə İş İdarəsinin, Səhiyyə Nazirliyi Lənkəran Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqlərdən öncə rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.
Treninqlərdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilib.

Salyanda narkomanlığa və narkotik vasitələrin qanunsuz..
Şirvan və Hacıqabul ümumitəhsil məktəblərinin işçiləri ..
Quba rayonunda narkomanlığa qarşı mübarizə işinin təşki..
Növbəti treninq və tədbirlər Şabran və Xaçmaz rayonlar..

Xızı və Siyəzən rayonlarında tədbirlər təşkil olunub...

Yetkinlik yaşına çatmayan məhkumlar üçün profilaktik tə..
Cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar narkotiklərin..
Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zə..
Qax rayonu ərazisində 1 ton 700 kq yabanı halda bitmiş ..
“802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı ar..