Qalereya

Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti tədbir və treninq Tovuzda keçirilib

  Noyabrın 17-də Tovuz rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.

   Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

   Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.

   Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və  digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair  kitabça verilib.

/img/gallery/100x100/2021_11_18_10_45_31_2d59.JPG
  1. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..

  2. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..

  3. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..

  4. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..

  5. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..

  6. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..