Qalereya

Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu fəsadlar mövzusunda elmi praktik konfrans keçirilmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 30 noyabr 2015-ci il tarixdə  Ucar rayon Heydər Əliyev Mərkəzində aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər” mövzusunda elmi praktik konfrans keçirilmişdir.

  Konfransda çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Ucar Rayon Polis Şöbəsinin rəisi, Daxili İşlər Nazirliyininin, Təhsil Nazirliyinin, Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məsul əməkdaşları Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər barədə,  narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikasından danışaraq,  maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx nümayiş olunmuşdur.

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən də hazırlanmış  əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

  Tədbir  televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1448951445.jpg
  1. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..

  2. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..

  3. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..

  4. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..

  5. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..

  6. Ucar rayonunda narkomaniyanın cəmiyyətə, insanların sağ..