Cari ilin 19 noyabr tarixində Gədəbəy rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..
Naftalanda Narkomanlığa qarşı mübarizə işinin təşkili ü..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..
Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üz..
Növbəti tədbir və treninq Yardımlı rayonunda təşkil olu..
Gədəbəy rayonunda narkomanlığa qarşı mübarizə işinin tə..
Qazaxda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə..

Ağstafada narkomanlığa qarşı mübarizə işinin təşkili üz..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..
Şəmkirdə narkomanlığa qarşı mübarizə işinin təşkili üzr..