Qalereya

“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda Pirallahı rayonunda treninq keçirilib.

   Cari ilin dekabrın 3-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icrası məqsədilə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

   “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir. Daha sonra müəllimləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.

   Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar,  zəruri təbliğat materialları, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.

/img/gallery/100x100/2021_12_03_16_30_52_feaa.jpg
  1. “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..

  2. “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..

  3. “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..

  4. “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbd..