Qalereya

Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə maarifləndirici tədbir keçirilmişdir.

  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 10 dekabr 2015-ci il tarixdə saat 11:00-da  Qaradağ rayonu 233 nomrəli məktəbin akt zalında Qaradağ Rayon İcra Hakimiyyəti Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Narkomanlığa yox deyək” adlı maarifləndirici tədbir keçirmişdir.

  Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məktəblilər tərəfindən narkomaniyanın törətdiyi fəsadlar mövzusunda hazırlanmış rəsm müsabiqəsinə baxış keçirilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış sosial rolik nümayiş etdirildikdən sonra Qaradağ rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının 2015-ci ilə dair görülmüş işlərin hesabatı dinlənilmişdir.

  Eyni zamanda, Dövlət Komissiyasının İşçi qrupunun və aidiyyəti qurumların  nümayəndələri mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş,  şagirdləri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

 Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

 Tədbir Kütləvi İnformasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1449700524.jpg
  1. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  2. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  3. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  4. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  5. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  6. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  7. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  8. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  9. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  10. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..

  11. Qaradağ rayonunda narkomanlığa qarşı mübarizənin güclən..