Qalereya

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral aylarının yekununa dair məlumat

        Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1914 cinayət faktı aşkarlanmışdır. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

         Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin 557 kq 738,882 qr-nı heroin, 326 kq 716,953 qr-nı marixuana, 112 kq 668,9 qr-nı tiryək, 5 kq 005,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 81 kq 633,069 qr-nı psixotrop maddələr, 3 kq 987,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 3153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

         Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

        Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kq 692,833 qr və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

        2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235  min  ABŞ dolları) kimi qiymətləndirilir.

        Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

        Cari ilin yanvar-fevral ayları ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 349 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 137-si narkotik asılılıqdan müalicə, 174-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 175məktub ünvanlanmışdır.

        Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

        Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_03_16_09_52_50_f4e3.jpg
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..