Qalereya

May ayı ərzində 32 maarifləndirmə tədbiri təşkil olunmuşdur

  Cari ilin may ayı ərzində anti-narkotik təbliğatın kompleks şəkildə daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Səhiyyə Nazirliyi Respublika Narkolojı Mərkəzinin nümayəndələri cəlb edilməklə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və o cümlədən şəhər-rayon icra hakimiyyətlərində maarifləndirmə tədbirləri, seminarlar və təşkil edilmişdir.

  Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmiş və iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

  Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və əməkdaşlarının iştirakı ilə Ucar, Zərdab, Ağdaş İcra Hakimiyyətlərinin akt zallarında, Yevlax rayon Uşaq Yaradıcılıq Mərkəzində, Kürdəmir rayon Heydər Əliyev Mərkəzində, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında, Quba Dövlət Sosial-İqtisadi Kollecində, Zərifə Əliyeva adına 8 saylı Xaçmaz şəhər məktəb-liseyində, Şabran rayon 5 saylı tam orta məktəbdə, Siyəzən 2 nömrəli tam orta məktəbdə, Qusar rayon 4 saylı tam orta məktəbdə yeniyetmə və gənclərin  iştirakı ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbirlər təşkil edilmişdir.

  Həmçinin yuxarıda qeyd olunan bütün şəhər və rayonlar üzrə icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə görüşlər keçirilmiş, qanunvericiliyə uyğun olaraq müsadirə edilməklə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda olan narkotik vasitələrin məhvetmə prosesinin təşkili zamanı mövcud qayda və sərəncamda göstərilən tələblərə riayət edilməsi barədə müzakirələr aparılmış, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilmişdir.

  Bundan əlavə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 24-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 6 və 15 saylı cəzaçəkmə müəssisələrində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

  Beləliklə cari ilin may ayı ərzində respublikanın 12 şəhər və rayonunda və cəzaçəkmə müəssisələrində ümumilikdə 32 tədbir (şəhər/rayon komissiyaları ilə 12 görüş, ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində 12 tədbir, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 6 təlim, cəzaçəkmə müəssisələrində 2 tədbir) təşkil edilmişdir.

  Tədbirlərin gedişatı Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), Dövlət Komissiyasının rəsmi səhifəsində (nmdk.gov.az) və digər aparıcı elektron informasiya vasitələrində geniş işıqlandırılmışdır.

/img/gallery/100x100/2022_06_03_09_51_33_c904.jpg
  1. May ayı ərzində 32 maarifləndirmə tədbiri təşkil olunmu..