26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Gənclər Təşkilatlarının Resurs Mərkəzində (Globus Centre) gənclər üçün maarifləndirici tədbir keçirilib. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsmanın nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda narkomanlığa qarşı fədakar mübarizəsinə və gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsində nümayiş etdirdiyi fəallığa görə bir qrup gənc “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən təşəkkürnamələrlə təltif edildi.

Sosial çarxlar reklam lövhələrində yayımlanır..
“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..
İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..
Nəsimi rayonunda “Sağlam gələcəyi seç – Bizdən biri ol!..
Sumqayıtda “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox..
“Narkomaniyaya yox deyirik!” adlı növbəti fləşmob Gənc..
“Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçi..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
“Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqə..