Qalereya

Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Nərimanov rayonunda təlim-məşğələ keçirib.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər, Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə  16 mart 2016-cı il tarixdə Rayon İcra Hakmiyyətində  təlim-məşğələ keçirmişdir.

   Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmışdır.

   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda  “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür”, “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin”, “Sağlam olmaq naminə narkotikə yox deməyə cəsarətli ol”, “Ovladlarimizi narkotiklərdən qoruyaq və gələcəyimizi xilas edək” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, sosial video çarxlar və digər təbliğat materialları (elektron formada CD disk şəklində) təlim iştirakçılarına verilmişdir.

   Tədbir  “AzTv” televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1458086619.jpg
  1. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  2. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  3. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  4. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  5. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  6. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

  7. Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..