Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və təsirliyinin artırılması o cümlədən qeyd olunan istiqamətdə görülən işlərin davamlı və birgə həyata keçirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq cari ilin 08 aprel tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17, 2, 9 saylı cəzaçəkmə müəssisələrində təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələrinin tədbirlərdə iştirakçılara paylanılması təmin edilmişdir.
Sonda bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunmuşdur.

Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..

2016-cı ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələr..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi qrupu Ədliyyə Nazirliyi Peni..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..
Səbail rayonunda “Səbail gəncləri ağ ölümə yox deyir” ..