Sentyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə “Qüvvət elmdədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
YAP Nərimanov rayon təşkilatında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Bu tədbir də dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. Elmli, bilikli gənclərin digər həmyaşıdlarının zərərli vərdişlərdən uzaqlaşmasında oynaya biləcəyi rol danılmazdır.
Tədbirdə, həmçinin Nərimanov rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini İradə Mahmudova, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev, Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Cavadzadə, ADA Universitetinin 1-ci kurs tələbəsi, Vətən müharibəsi qazisi Elşən Mustafayevin qızı Ayan Mustafayeva çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elm və təhsilə marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov slaydlar vasitəsilə məlumatlar təqdim edib. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bir çox bəndləri məhz maarifləndirmə məsələlərinə həsr olunub. Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Belə gənclər öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər”.

“Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..
YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..
1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növb..
“Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” a..
Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..
Daşkəsən rayonu ərazisində 2870 kq yabanı halda bitmiş ..
Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..
10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..
Ağdam rayonu ərazisində 1210 kq yabanı halda bitmiş çət..
Sabirabad rayonu ərazisində 220 kiloqramdan artıq yaban..
Nizami rayonunda narkomanlığa qarşı mübarizə işinin təş..