Qalereya

Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirmişdir

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı  ilə  Bilgəh qəsəbəsində yerləşən 142 saylı tam orta məktəbin  akt  zalında “Narkomaniya əsrin bəlasıdır” mövzusunda  tədbir keçirilmişdir.

   Tədbirdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Sabunçu Rayon Komissiyasının, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin və Rayon Polis şöbəsinin əməkdaşları  mövzuya dair çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar  və sağlam həyat tərzinin təbliği barəsində məlumatlar vermiş,  şagirdləri maraqlandıran suallar  ətrafında geniş müzakirələr aparılmışdır.

   Həmçinin narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən maarifləndirici sosial rolik nümayiş etdirilmiş,    “Ağ ölümə yox deyək” adlı şeir məktəb şagirdləri  tərəfindən səsləndirilmişdir.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

     Tədbir Azərbaycan Dövlət Televiziyası vasitəsilə işıqlandırılmışdır.

/img/gallery/100x100/thumbnail_1461111463.jpg
  1. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..

  2. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..

  3. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..

  4. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..

  5. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..

  6. Dövlət Komissiyasının İşçi qrupu Sabunçu Rayon İcra Hak..