Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 9 saylı tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, din xadimi, QİÇS-lə mübarizə mərkəzinin həkimi və digər çıxışçılar çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri və digər məsələlər barədə geniş məlumat veriblər.
Eyni zamanda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Daha sonra iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, məktəbliləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.
Tədbirin sonunda şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

Qax rayonu ərazisində 1500 kiloqram yabanı halda bitmiş..
Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzu..
Qax rayonu ərazisində 3635 kiloqramdan artıq yabanı hal..
Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair..
Növbəti təlim Ağstafa rayonunda təşkil olunub..
Ağstafa rayonunda dəyirmi masa təşkil olunub...
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndə..
Tovuz rayonu yerli komissiya üzvləri ilə görüş keçirili..

Kooperasiya Universitetində “Narkomaniyaya Yox Sağlam H..
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda ma..
Daşkəsən rayonunda dəyirmi masa təşkil olunub...