2015-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat.

  2015-ci ilin 6 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

  Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilmişdir ki,  onlardan 566-ı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorlarını əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma,  1297-i  satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunmuşdur.      

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 465 kq 331,557 qr marixuana, 109 kq 129,065 qr tiryək, 38 kq 328,239 qr heroin, 41 kq 202,591 qr həşiş, 3 kq 710,14 qr psixotrop  maddələr  və  digərləri o, cümlədən 787 ədəd çətənə kolu təşkil etmişdir.

  Həmçinin, “Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 90 ton 278 kq 60 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

  Cinayət məsuliyyətinə 1251 nəfər cəlb edilmişdir ki, onlardan 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-ı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1068-i işləməyənlər, 1199-u kişilər,11-i qadınlar, 39 nəfəri isə  xarici ölkə vətəndaşları olmuşdur.

  Əcnəbilərdən 17-si İran İslam Respublikası, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya Federasiyası, 2-i Ukrayna, 1-i Türkmənistan  Respublikasının vətəndaşı olmuşdur.

  Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən 2015-ci ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 15.904 nəfər keçmişdir ki, onlardan 360 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş, 125 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Bununla yanaşı, cari ilin 6 ayı ərzində 1.202 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 579 nəfəri “Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları”,  501 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 122 nəfəri isə  digər diaqnozlarla  müalicəyə qəbul edilmişdir. 

 Narkomanlığa və Narkotik  Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kq-dan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma yolu ilə Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

 



Baxılıb: 1149