“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni videoçarx hazırlanmışdır.
Profilaktik tədbirlərin səmərəliyini və təsirliyini artırmaq məqsədilə idmançıların və digər şəxslərin iştirakı ilə “Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!” adlı qısametrajlı videoçarx Ticarət və Əyləncə, Alış-Veriş Mərkəzlərində, şəhər və rayonların müxtəlif məkanlarında yerləşən monitorlarında yayımlanması nəzərdə tutulur.