İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsinin davamı olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial rolik cari ilin 10 sentyabr tarixindən etibarən “Park Bulvar” Alış Veriş Mərkəzinin bütün monitorlarında yerləşdirilmiş və uzunmüddətli işıqlandırılacaqdır.