Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan DYNPİ-nin Ağstafa Xətt polis bölməsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 21 sentyabr 2015-ci il tarixdə Ağstafa- Poylu mənzilinin 82 km, 1-ci piketində dəmir yolu ətrafında yabanı halda bitmiş, yaş halda ümumi çəkisi 74 kq olan 106 ədəd çətənə kolları, 22 sentyabr 2015-ci il tarixdə Hava NPİ-nin NMB-nin əməkdaşları tərəfindən Şəki hava limanına məxsus sahədə çəkisi 407 kq olan 1386 ədəd çətənə kolları, 23 sentyabr 2015-ci il tarixdə Hava NPİ-nin NMB-nin əməkdaşları tərəfindən Zaqatala hava limanına məxsus sahədə 239 kq olan 1121 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.