İctimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış sosial roliklərin “Park Bulvar” AVM-nin və MetroPark Ticarət və Əyləncə Mərkəzinin bütün monitorlarında nümayişi davamı etdirilir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq,narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin səmərəliliyini nəzərə alaraq belə tədbirlərə diqqətin artırılması istiqamətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdirilir.  




Baxılıb: 1017