Lissabon şəhərində “Milli əlaqələndiricilərin 4-cü toplantısı” adlı tədbir keçirilmişdir.

  23-24 noyabr 2015-ci il tarixlərdə Portuqaliya Respublikasının Lissabon şəhərində Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) tərəfindən təşkil olunmuş “Milli əlaqələndiricilərin 4-cü toplnatısı” adlı tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı, Mərkəzin əlaqələndiricisi iştirak etmişdir.

  Tədbirin birinci günü Şərq Tərəfdaşlığı ölkələrin və Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) nümayəndələri arasında görüş təşkil edilmiş, həmçinin ölkələrdə narkovəziyyət müzakirə olunmuşdur. İlk günün yekunu olaraq Narkotiklərə Nəzarət üzrə Avropa Monitorinq Mərkəzin yeni direktoru Aleksis Quusdel  iştirakçılara təqdim olunmuş. Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2014-cü il üçün Ölkə Məruzəsi (ingilis dilində) iştirakçılara paylanılmışdır.

  Müzakirələr doğuran ikinci gün isə dörd plenar sessiyalara  bölünməklə Avropa ölkələri, Balkan ölkələri və digər ölkələrin nümayəndələri tərəfindən narkomaniyadan əziyyət çəkən qadınların müalicəsi və reabilitasiyasına dair hazırlanmış elmi hesabatlara həsr olunmuşdur.Tədbirin sonu ikitərfli diskusiyalara həsr olunmuşdur.




Baxılıb: 943