“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Tərtər rayonunda tədbirlər keçirmişdir.

  Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində 18-19 noyabr 2015-ci il tarixlərində Tərtər rayonunun 2, 5 və 6 saylı tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbirlər keçirmişdir.

  Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri Şahin Hüseynov, Xaliq İbrahimsoy, Yalçın Şükürov, Mübariz Abbasov, Ruslan Əliyev, Tərtər rayonunun İcra Hakimiyyətinin nümayəndələri Tunarə Məmmədzadə və Elçin Umudov, Polis Şöbəsinin nümayəndəsi Vaqif Əsgərov, Təhsil Şöbəsinin nümayəndəsi Yasin Fərhadov, Gənclər və İdman İdarəsinin nümayəndəsi Eldar Qədirov, direktorlar Gülarə Əkbərova, Arzu Babayeva, Azad Abbasov, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.

  Çıxış edən ekspertlər, nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

  Tədbir çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən qeyd edilən məktəblərin yuxarı sinif şagirdlərinə ümumilikdə 250 ədəd 2 formada maarifləndirici buklet, 145 ədəd üzəri yazılmış köynək paylanılmış, iştirakçılarla söhbət və müzakirələr İctimai Birlik tərəfindən həmin məktəblərin bufetlərində açılan süfrə ətrafında davam etdirilmişdir.




Baxılıb: 873