1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunan tədbir keçirilmişdir.

  01 dekabr 2015-ci il tarixdə Suraxanı rayon Gənclər Evində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Bizim gücümüz birliyimizdədir” adlı maarifləndirmə layihəsi çərçivəsində 1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunan tədbir keçirilmişdir.

  Tədbirdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Komissiyasının İşçi Qrupunun, Suraxanı rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə  narkomanlar, həmçinin QİÇS və digər viruslara yoluxanlar arasında tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda  geniş müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış  əyani vəsaitlər olan “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

  Tədbir  televiziya kanalları vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 1134