544 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 2657 ədəd çətənə bitkisi məhv edildi.

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 15 dekabr 2015-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 236 məhkəmə hökmü ilə müsadirə olunmuş 544 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən  2657 ədəd  çətənə bitkisi Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.

  Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  81 kq 350,001 qr heroin, 273 kq 527,58 qr marixuana, 153 kq 655,976 qr tiryək, 35 kq 680,29 qr həşiş qətranı, 336,759 qr psixotrop maddələr təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 11 milyon manat təşkil edir).

  Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 980