Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar profilaktik tədbirlərin təsirliyini, həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması, bununla yanaşı narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçünNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliyinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə respublikanın Yevlax, Göyçay, İsmayıllı, Salyan, Cəlilabad və Masallı şəhər/rayonlarında qeyd olunan Şəhər/Rayon Komissiyalarının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqları, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlərdə narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, yeniyetmə və gənclərin pis vərdişlərdən çəkindirilməsi üçün onların təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə, idman, incəsənt və ictimai faydalı əməklə məşğul olmalarına şəraitin yaradılması və həmçinin təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi, narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmamışların yaşayış yerləri, təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, onların profilaktiki tədbirlərlə əhatə olunması, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin izah edilməsi, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə iştirakçılar təlimatlandırılacaq.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmışyaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar (o cümlədən təlim materiallarının diskə daxil edilmiş elektron variantda da əlavə olunaraq) təlim iştirakçılarına təqdim olunacaqdır.