Mingəçevir şəhərində “Narkotiklərə-Yox deyək” adlı tədbir keçirilmişdir.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə və onların mütəxəssilərinin iştirakı ilə cari ilin 23 aprel tarixində Mingəçevir şəhərində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığın aşkarlanması məqsədi ilə “Narkotiklərə-Yox deyək” adlı tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir. O cümlədən,  Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərlərindən istifadə olunmaqla, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası və digər maarifləndirici bukletlər, xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

   Tədbir  Aztv və Regional televiziya kanallarıı vasitəsilə işıqlandırılmışdır.




Baxılıb: 818