2016-cı ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat

   2016-cı ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilmişdir ki, onlardan 667-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ü isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kq 680,957 qr müxtəlif növ narkotik vasitələr və o cümlədən 21482 ədəd çətənə kolu müsadirə olunmuşdur.

   Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kq 047,989 qr marixuana (27,5%), 185 kq 605,73 qr tiryək (9,5%), 1 ton 172 kq 489,814 qr heroin (60%), 30 kq 112,649 qr həşiş (1,5%), 34 kq 863,637 qr digərləri (1,5%) və 561,138 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil etmişdir.

   Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kq 920,75 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.

   Cinayət məsuliyyətinə 1822 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1400-ü 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1794-ü kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 12-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan  Respublikasının vətəndaşı olmuşdur.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2015-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülmüş, 2.118 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

   Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2016-cı ilin 9 ayı ərzində  Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil etmişdir ki, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir.

   Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 01 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır.

   İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.

   01.10.2016-cı il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3346 nəfər təşkil etmişdir ki, onların da 1561 nəfəri İNİ - olmuşdur. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 386 pasiyentdən,102 nəfərində İNİ aşkar edilmişdir.

   2016-cı ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20056 nəfər keçmişdir. Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 358 nəfər istifadəçi aşkar olunaraq  müvafiq qeydiyyata götürülmüşdür.

   Həmçinin, car ilin 9 ayı ərzində  2083 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10),  970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilmişdir.

   Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzdə, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.




Baxılıb: 778