“Sağlam gənclik, sağlam gələcək deməkdir!”

   Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı layihə çərçivəsində Kürdəmir rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə və Ucar rayonunda yerləşən 4 nömrəli tam orta məktəbdə “Narkomaniyaya “Yox” deyək” devizi altında tədbirlər keçirmişdir.

  Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Kürdəmir və Ucar rayonlarının aidiyyəti strukturlarının nümayəndələri, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

  Tədbir çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəblərin yuxarı sinif şagirdlərinə, şəhər və rayonun əhalisinə ümumilikdə 1.570 ədəd 2 formada maarifləndirici buklet, 355 ədəd üzəri yazılmış köynək paylanılmışdır.




Baxılıb: 1796