Narkomaniya insanlara bədbəxtlik və şikəstlik gətirir

  Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 24 iyun 2013-cü il tarixli Azərbaycan Sərəncamı Salyan rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən rəhbərlik və icra üçün qəbul edilmiş və 2015-ci il üçün Tədbirlər planı təsdiq olunmuşdur.

  Dövlət Proqramında və Tədbirlər planında nəzərdə tutulan işlərin icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Komissiya narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.

  Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayon İcra Hakimiyyəti, Salyan Rayon Polis Şöbəsinin təşəbbüsü ilə narkomaniya və erkən nigahlarla bağlı məktəb şagirdlərinin maarifləndirilməsi mövzusunda görüş keçirilmişdir.

  Bundan əlavə, Komissiya rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Gənclər və idman idarəsi və “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi ilə birgə rayon Mərkəzi kitabxanasında yeniyetmə və gənclər arasında zərərli vərdişlərə, o cümlədən QİÇS-ə və narkomanlığa qarşı mübarizə məqsədilə maarifləndirmə xarakterli seminar-müşavirə təşkil etmişdir. “Sağlam həyat, sağlam gələcək” devizi ilə zərərli vərdişlərə, QİÇS-ə və narkomanlığa qarşı mübarizə məqsədilə rayon Mərkəzi kitabxanasında yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Rayonda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi ötən il rayon Təhsil şöbəsi və Gənclər və idman idarəsi və Polis şöbəsi ilə ilə birgə şəhərin Xəlil Rza Ulutürk prospekti və Təbriz Xəlilbəyli küçələrində “Salyan gəncləri narkomaniyaya “YOX” deyir” adlı marafon keçirmişdir. Hazırda İctimai Birlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Salyan rayonu ərazisində “Yeniyetmə və gənclərin radikal meyillərdən və zərərli vərdişlərdən çəkindirilməsində asudə vaxtın səmərəli təşkilinə dəstək” adlı lahiyə icra olunur. Layihə cərcivəsində maarifləndirici tədbirlərlə yanaşı, respublikanmızın tarixi mədəni irs yerlərinə, həmçinin təbii istirahət məkanlarına mədəni turlar təşkil edilir.

  Rayonda narkomanlığın aradan qaldırılması məqsədilə ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə sağlam həyat tərzi, narkomanlığın cəmiyyətə ziyanı haqqında tədbirlər reallaşdırılmış, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif məşğələlər, dəyirmi masalar, kütləvi idman tədbirləri təşkil edilmişdir. Rayonun ümumtəhsil məktəblərinin kitabxanalarında “Narkomaniya-əsrin bəlası”na qarşı mübarizə tədbirləri ilə əlaqədar metodik materiallar fondundan bütün şagirdlər istifadə edir və orada olan məlumatlardan bəhrələnirlər. Rayonumuzda fəaliyyət göstərən 5 məktəbdənkənar müəssisədə 6000 şagirdin asudə vaxtının səmərəli təşkili ilə bağlı məqsədyönlü işlər aparılır. Məktəblər arasında intellektual oyunların, bayram tədbirlərinin, bədii yaradıcılıq müsabiqələrinin keçirilməsi buna misal ola bilər.

  Rayonun təlim-tərbiyə müəssisələrində “Dünyada sağlam yaşamağı öyrən”, “Sağlam həyat” adlı stendlərin təşkil edilməsi şagirdlərin bu zərərli vərdişlərdən uzaqlaşmasında mühüm rol oynayır. Rayon Prokurorluğu, Polis şöbəsi, Mərkəzi Xəstəxana, Mədəniyyət şöbəsi, Gənclər və idman idarəsi, İcra Hakimiyyəti başçısının yerli ərazi nümayəndələri ilə aparılan kompleks tədbirlər bu sahədə görülən işlərin səmərəliliyini artırır. Mütəmadi olaraq tədbirlər davam etdirilmiş, Salyan şəhərindəki 3, 7 saylı tam orta məktəblərdə, Salyan Peşə Liseyində qeyd olunan aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə yuxarı sinif şagirdlərinin qarşısında çıxışlar edilmiş və zərərli vərdişlər barədə ətraflı məlumatlar verilmişdir.

  Gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçməsində, onların sağlam, cəmiyyət üçün layiqli, vətənpərvər kimi tərbiyə edilməsində mədəniyyət sahəsində keçirilən tədbirlərin də rolu böyükdür. Mədəniyyət müəssisələrində hüquq mühafizə orqanlarının, xususilə Polis şöbəsinin sahə müfəttişləri ilə gənclərin görüşləri təşkil edilir, onlara narkomaniyanın yaratdığı bəlalardan, ailələrə vurduğu zərbələrdən əyani vasitələrdən istifadə edilərək ətraflı söz açılır. Gənclər və idman idarəsinin rayon Mədəniyyət evində, İncəsənət məktəbində və Yenikənd kənd 7 illik Uşaq Musiqi Məktəbində, Dövlət Rəsm Qalereyasında, Məkəzi kitabxanada keçirdiyi mədəni-kütləvi tədbirlər gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayır.

  Dövlət Rəsm Qalereyasında “Narkomaniya insanlara bədbəxtlik və şikəstlik gətirir” mövzusunda rəsm müsabiqəsi keçirilmiş və bu müsabiqədə 335 nəfərdən çox məktəbli, həvəskar rəssam öz istedadını sınamışdır. Rayon Mədəniyyət evində “Ağ ölüm dəhşətli bəladır” adlı mühazirələr oxunmuş, Uşaq və gənclər kitabxanasında “Narkomaniya uşaqları bədbəxt edir” mövzusunda səhnəciklər hazırlanmış, hekayə müsabiqəsi keçirilmişdir.

  Rayon Tarix-Diyarşünaslıq Muzeyində Polis şöbəsi əməkdaşlarının və sahə həkimlərinin gənc qadınlarla “Narkomaniya qadınlara sonsuzluq gətirir” mövzusunda görüşü keçirilmiş, Dövlət Kukla Teatrında Mədəniyyət və turizm şöbəsi, Gənclər və idman idarəsi, ictimai təşkilatlarla birlikdə “Narkomaniyadan uzaq ol” adlı konsert təşkil edilmişdir.

  Rayonumuzda əsrin dəhşətli bəlasının qarşısının alınması məqsədilə belə silsilə tədbirlər müntəzəm olaraq keçirilir. Məhz buna görə də əlaqədar təşkilatlara bu problemi daim nəzarətdə saxlamaları, gənclər arasında antinarkotik təbliğatı gücləndirmələri, onların asudə vaxtlarının səmərəli təşkilinə qayğının artırılması tapşırılmışdır.

E.Hüseynov, 
Salyan rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, rayon İcra
Hakimiyyəti başçısı yanında Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 866