Ağ ölümə “yox” deyək!

  Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir.

  Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir və durmadan artır.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il 2966 nömrəli  Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2013-2018-ci illər)”ın Tədbirlər Planının icrası ilə bağlı 2015-ci ilin 6 ayı ərzində dövlət sərhədində 72,928 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Ötən illə müqayisədə Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı 22,8 % azalmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən kompleks tədbirlər nəticəsində  72,928 kiloqram narkotik vasitənin (3 kiloqram 177 qram heroin, 37 kiloqram 66 qram tiryək, 4 kiloqram 18 qram həşiş və  həşiş qətranı, 27 kiloqram 139 qram marixuana, 20 qram metadon, 29 qram metamfetamin) dövlət sərhədindən keçirilməsinə cəhd edən 13 nəfər Azərbaycan Respublikası, 5 nəfər  İran İslam Respublikası vətəndaşı saxlanılmış, cinayət məsuliyyətinə cəlb olunmuşdur.

  Bununla yanaşı, cari ildə sərhədyanı meşə və çöllük  sahələrində  yabanı bitən  8070 kiloqram xaş-xaş (Zaqatala və Yardımlı rayonları), 1179 kiloqram çətənə kolları (Lerik və Astara rayonları) və Astara rayonunun Züngüləş kəndinə yaxın dağ massivində xüsusi aqrotexniki qaydada becərilmiş 19 kiloqrama yaxın çətənə kolları polis, ərazi icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.

  Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı faktlar barədə qısa məlumatlarla oxucuları tanış edirik : “20.01.2014-cü il tarixdə Cəlilabad rayonunun Şatırlı və Əsədli kəndləri istiqamətində  bir şübhəli şəxsin yolda duran avtomaşına yaxınlaşması müşahidə olunmuşdur. Sonra şübhəli şəxs meşə zolağına, avtomaşın isə Cəlilabad şəhəri istiqamətində hərəkət etmişlər. Əraziyə baxış keçirilmiş, meşə zolağında kisədə 400 qrama yaxın heroin aşkar olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik maddənin daşınmasında  şübhəli bilinən Cəlilabad rayon sakini müəyyən edilmişdir.

  22.01.2014-cü il tarixdə, 15-ci sərhəd zastavasının xidməti sahəsində 20.01.2014-cü il tarixdə, saat 18:30 radələrində aşkar olunmuş narkotik maddənin daşınmasında şübhəli bilinən Cəlilabad rayon sakini Şükürov Elşad Məhərrəm oğlu saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Saxlanılan şəxs 23.01.2014-cü il tarixdə DSX İTİ-nə təhvil verilmişdir. 14.02.2014-cü il tarixdə, Biləsuvar rayonunun ərazisində İrandan Azərbaycana qeyri-qanuni keçən iki sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşları yaxalanmış onların üzərlərində 1 ədəd gecə görmə cihazı, təxminən 7 kiloqram tiryək, 350 qram heroin və 3,270 kiloqram marixuana aşkar olunmuşdur.

  21.02.2014-cü il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində sərhəd naryadı tərəfindən Bərdə rayon sakini saxlanılmış, onun üzərində 11 kq 85 qr həşiş qətranı, 10 kq 50 qr tiryək, 19,392 qr heroin aşkar olunmuşdur. 22.02.2014-cü il tarixdə Cəlilabad rayon Dələli kənd ərazisində Biləsuvar gömrük idarəsi ilə birgə keçirilmiş tədbirlər nəticəsində iki nəfər Bərdə rayon sakini saxlanılmış, onların üzərlərində 3,2 kq marixuana, 840 qram tiryək, 1 kq həşiş qətranı aşkar olunmuşdur. 15.04.2014-cü il tarixdə Cəlilabad  rayonunun Sərxanlı kəndinin ərazisinə sərhəd naryadı tərəfindən baxış keçirilərkən  yulğun kollarının arasından 2 bağlamada 8,7 kiloqram marixuana, 14 kiloqram tiryək, 9,22 kiloqram heroin, 22,9 kiloqram həşiş, və 300 millilitr metadon məhlulu aşkar edilmişdir. 29.05.2014-cü il tarixdə, Cəlilabad  rayonunun Şükürlü kəndinin ərazisinə baxış zamanı 5 kq tiryək aşkar olunmuşdur.

  05.01.2014-cü il tarixdə, Yardımlı rayonunun Gendərə kəndinin ərazisində İrandan Azərbaycana qeyri-qanuni keçən 4 nəfər sərhəd pozucusu aşkar edilmişdir. Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhəd naryadına qarşı silahdan atəş açmış, geri İrana qaçmışlar. Əraziyə baxış zamanı kisədə 4 kq tiryək və 1 kq heroin aşkar olunmuşdur. 14.02.2014-cü il tarixdə Yardımlı rayonunun Abbaslı kəndinin ərazisində sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 5 yeşik (300 min ampula) beynəlxalq nəzarətdə olan “Opidol” dərman preparatı aşkar olunmuşdur. 05.05.2014-cü il tarixdə, “Astara” SNM-də İrandan Azərbaycana keçərkən üç Şirvan şəhər sakini saxlanılmış, onların bədənlərində gizlədilmiş 234,7 qram tiryək aşkar olunaraq götürülmüşdür. 31.05.2014-cü il tarixdə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı şəhər sakininin üzərinə gömrük orqanları ilə birgə baxış keçirilərkən əl çantasından 161 qram heroin aşkar olunaraq Hava Limanı Baş Gömrük İdarəsinə təhvil verilmişdir.

  04.06.2014-cü il tarixdə Beyləqan rayon 1-ci Şahsevən kənd ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana qeyri-qanuni keçməyə cəhd edən İran İslam Respublikasının Parsabad şəhər sakini sərhəd pozucusu qismində saxlanılmış, onun üzərində 2 kq həşiş, 1 ədəd “Maqnium-200” markalı tapanca aşkar edilmişdir.

  02.06.2014-cü il tarixdə Yardımlı rayon Abbaslı kənd ərazisində sərhəd naryadı tərəfindən axtarış tədbirləri nəticəsində aşkar olunmuş üç bağlamada müxtəlif çeşidli 131 min tablet  və kapsula psixotrop dərman preparatları aşkar olunmuşdur.

  10.06.2014-cü il tarixdə Cəlilabad rayonunun Dələli kəndi ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana qeyri-qanuni keçmiş Cəlilabad rayon sakini saxlanılmışdır. Onun üzərində 690 qram mariuxuana, 2 ədəd politilenə bükülmüş toz şəkilində maddə, 1 ədəd bıçaq, 12 manat pul, çəkisi 1,5 qram toz şəklində olan torpaq rəngli narkotik maddə aşkar olunaraq götürülmüşdür;”

   Bütün faktlar üzrə DSX tərəfindən cinayət işləri qaldırılmışdır.

 Dövlət Sərhəd Xidməti




Baxılıb: 1122