Narkomaniya sosial təhlükədir.

  Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası fəaliyyətini mütəmadi olaraq illik iş planları əsasında qurur.

  Nərimanov rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərin ildən-ilə təkmilləşməsi və gücləndirilməsinin nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə coxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir. 2015-ci ilin ötən müddəti ərzində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 123 cinayət faktı aşkar edilmiş, bunlardan 48 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində həbs edilmiş cinayətkarlardan 17 kq 250,465 qram çəkidə narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Bunlardan marixuana 15 kq 463,57 qr, tiryək 217,417 qr, heroin 1 kq. 675,438 qr. və həşiş 1,36 qr. olmuşdur.

  Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları rayonun inzibati ərazisində yerləşən orta orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmələr və gənclərlə görüşlər keçirmiş, narkotik vasitələrin insan orqanizmi üçün ziyanı barədə onları məlumatlandırmış və bu barədə onlarla qarşılıqlı diskussiyalar aparmışdırlar. Belə ki, rayon Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin, NMB-nin, İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları rayon Veteranlar Şurasının üzvləri ilə birgə rayon ərazisində yerləşən 34, 39, 45, 77, 82, 200, 202, 207, 258 nömrəli tam orta məktəblərdə, Bakı İdarəetmə və Texnologiya Kollecində, Bakı Kompyuter Kollecində, 7 saylı Peşə Liseyində, Dövlət Dəmir Yolu Liseyində, Təfəkkür Universiteti Elm-Tədris Mərkəzində və Rəssamlıq Akademiyasında “Narkomaniya sosial təhlükədir” mövzusunda çıxışlar edilmiş, şagird və tələbələr arasında maarifləndirici və profilaktiki söhbətlər aparılmışdır. Azyaşlı gəncləri narkomaniyaya cəlb edən şəxsləri müəyyənləşdirmək və onların ifşa edilməsində ictimaiyyətin qüvvəsindən istifadə edilməsi, eləcə də 26 iyunun BMT-nin Narkotiklərlə Mübarizə Günü elan edilməsi ilə əlaqədar Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası, Gənclər və İdman İdarəsi, təhsil müəssisələri ilə birlikdə tədbirlər həyata keçirilir. Tədbirlərdə məktəblilərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsinə, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilmiş və fikir mübadiləsi aparılmışdır.

  XXI əsrdə narkomaniyanın şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə orta məktəblərdə maarifləndirmə işi gücləndirilmişdir. Ayda bir dəfə 9-11-ci sinif şagirdlərinə sinif saatlarında narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzuların müzakirəsi təşkil olunur; 5-11-ci sinif şagirdləri arasında “Narkomaniya bəladır” mövzusunda rəsm və plakat müsabiqəsi keçirilir. Məktəblilərin maarifləndirilməsi ilə bağlı “Narkotiklərlə bağlı məktəb kurikulumu “Tədris kursu”, müxtəlif broşürlər şagirdlərə verilmişdir.

  Bəşəri bəla olan narkomanlığın yayılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Müharibə, Əmək, Silahlı Qüvvələr, Hüquq-mühafizə orqanları Veteranlar Şurasının rayon şöbəsi üzvlərinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələrinin, hüquq mühafizə orqanları işçilərinin iştirakı ilə 10 mart tarixində 45 nömrəli tam orta məktəbdə, 7 aprel tarixində 207 nömrəli tam orta məktəbdə, 21 aprel tarixində 47 nömrəli tam orta məktəbdə, 12 may tarixində 202 nömrəli tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda seminarlar keçirilmişdir.

  Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası rayon gənclər və idman idarəsi ilə birgə ötən müddət ərzində narkomaniyaya qarşı bir sıra profilaktik tədbirlər həyata keçirmişdir. Bir sıra orta ümumtəhsil məktəblərində hüquq mühafizə orqanları işçilərinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda seminarlar keçirilib. 37, 82, MLK, 202, 258, 304 saylı məktəblərdə narkomaniyaya və taksikomaniyaya qarşı keçirilən profilaktik tədbirlərdə dinləyicilərin suallarına səhiyyə və hüquq mühafizə orqanları işçiləri ətraflı cavab vermiş, gələcəyimizi bu bəladan qurtarmağa çağırmışlar. Həmçinin 9 yanvar 2015-ci il tarixində 207 nömrəli tam orta məktəbdə RPİ-nin 16-cı bölməsinin əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox” adlı tədbir keçirilmişdir. 6 fevral 2015-ci il tarixdə Məktəb-Lisey Kompleksində “Milli mənəvi dəyərlərimizi qorumaq hər birimizin müqəddəs borcudur” mövzusunda debat təşkil edilmişdir. 11 fevral 2015-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda “Sağlam gənclik -sağlam gələcək!” adlı seminar keçirilmişdir. 16 fevral 2015-ci il tarixdə 34 saylı məktəbdə “Gənclər narkotiklər əleyhinə” mövzusunda seminar-müşavirə keçirilmişdir. 19 fevral 2015-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda “Həyatla oyun” adlı teatr tamaşası Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinə nümayiş etdirilib. Teatr tamaşası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində zərərli vərdişlərin profilaktikası ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanmışdır. İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub.

  291 nömrəli Ekologiya Liseyində RPİ-nin rəisi İ.Əsədovun iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda mühazirə, inşa müsabiqəsi, “Narkomaniya şagirdlərin təfəkküründə” rəsm müsabiqəsi keçirilmişdir.

  7 aprel 2015-ci il tarixdə “Odlar Yurdu” Universitetinin akt zalında Dünya Sağlamlıq Gününə həsr edilmiş tədbir keçirilmişdir. 
29 aprel 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən 177 nömrəli orta məktəbdə “Biz narkomaniyaya yox deyirik” mövzusundakı toplantıda məktəbin rəhbər heyəti, şagird və müəllim kollektivi, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçiləri, səhiyyə işçiləri iştirak etmişlər. Tədbirdə bu cür görüşlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.

  8 may 2015-ci il tarixdə Humanitar Fənlər Gimnaziyasında narkomaniya ilə mübarizə mövzusunda disput, 22 may 2015-ci il tarixində 304 saylı məktəb-liseyin aktzalında “Narkotiklərə yox deyək!” devizi altında rəsm müsabiqəsi keçirilmişdir. 
  29 aprel 2015-ci il tarixdə Nərimanov rayonunda yerləşən Təfəkkür Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz narkomaniyaya yox deyirik” mövzusunda toplantı keçirilmişdir.

  Toplantıda iştirak edən Respublika Narkoloji Dispanserinin şöbə müdiri Məmmədova Afət, Bakı Şəhər Narkoloji Dispanserinin həkimi Aslanov Elçin, 8 saylı şəhər poliklinikasının baş həkimi Kərimova Tamilla rastlaşdıqları faktlarla bağlı uşaqlarla maraqlı söhbət aparmışlar.

  Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova narkotikdən istifadə edilməsinin milli mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.

  22 may 2015-ci il tarixində 304 saylı məktəb-liseyin akt zalında “Narkotiklərə yox deyək!” devizi altında rəsm müsabiqəsi keçirilmişdir. 
24 iyun 2015-ci il tarixdə Nərimanov rayonunda 26 iyun - Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə gününə həsr olunmuş “Gələcəyə narkotiklərsiz” adlı tədbir keçirilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə bu cür görüşlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.

  Hazırda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İradə Mahmudova,
Nərimanov Rayon Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Komissiyasının sədri




Baxılıb: 1291