Dövlət Komissiyasının İşçi qrupu tərəfindən xüsusi şüarlar əks olunan sosial qeydlərin Bakı şəhərinin reklam lövhələrində yerləşdirilməsi təmin edilib.

   Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar ictimai maarifləndirmənin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupu xüsusi şüarlar əks olunan sosial qeydlərin reklam lövhələrində yerləşdirilməsini təmin etmiş və lövhələr (600 sm x 300 sm ölçülərdə) cari ilin 13 iyun tarixindən etibarən Bakı şəhərinin 10 küçəsində  (Binəqədi -Cavadxan, Pişəvari; Yasamal -Salamzadə, Şərifzadə; Xətai -Gəncə, Babək pr; Nizami-Qara Qarayev pr; Nəsimi-C.Məmmədquluzadə; Nərimanov-Təbriz) quraşdırılmışdır.




Baxılıb: 1026