Cəzaçəkmə müəssisələrində təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə tədbirlər keçirilmişdir

   Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 31 yanvar tarixində  2 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbirlər keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.

   Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş,  o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılmışdır




Baxılıb: 1517