Narkomanlıqla mübarizə sahəsində təlimçilərin hazırlanmasına dair növbəti təlim-məşğələ Ağstafa rayonunda keçirildi

   2017-ci ilin 04 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun,  Ağstafa  rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün  növbəti seminar keçirildi.

   Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.

   Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyətı orqanların əməkdaşlarıı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

   Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.




Baxılıb: 1351