İctimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin davamı olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir” adlı yeni sosial rolik (sayca dördüncü) cari ilin 05 aprel tarixindən etibarən “Park Bulvar” Alış Veriş Mərkəzində yerləşən monitorlarda yayımlanmağa başlanılmışdır.