2017-ci ilin 3 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat

   2017-ci ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

   Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilmişdir ki, onlardan 244-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 644-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.

   Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 258 kq 046,736 qr marixuana (78,5%), 50 kq 854,54 qr tiryək (15,5%), 18 kq 451,96 qr heroin (5,6%), 983,3 qr həşiş (0,3%), 9,8 qr digərləri və 434 qr psixotrop maddələr (0,1%) (1517 ədəd həb) təşkil etmişdir.

    Cinayət məsuliyyətinə 639 nəfər cəlb edilmişdir ki, onlardan 1-i 18 yaşadək,57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər,630-u kişilər, 9-u qadınlar,7 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülmüşdür. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olmuşdur.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülmüş, 1.249 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

   2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçmişdir. Onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunmuş və 252 nəfər istifadəçi aşkar olunaraq  müvafiq qeydiyyata götürülmüşdür.

   Həmçinin, car ilin 3 ayı ərzində  833 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 308 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 519 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilmişdir.

    Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 3 ayı ərzində  Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər təşkil etmişdir ki, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbilərdir.

   Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək  üçün 545 nəfər göndərilmişdir. Onlardan 369 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.

   Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel  2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.

   İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil etmişdir ki, onların da 1677 nəfəri İNİ olmuşdur. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilmişdir.




Baxılıb: 1258