Narkomaniya –ictimai bəladır! Ona qarşı mübarizə birgə aparılmalıdır.

   20 aprel 2017-ci il tarixdə Peşə Tədris Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Humanitar və Texnologiya Kollecinin və Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə aid təşkilatların və gənclərin yeri” mövzusunda seminar-müşavirə  keçirilib. Seminarda rayon Polis Şöbəsi, Dövtət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi, Uşaqlara və Ailələrə Dəstək Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgə şöbəsinin nümayəndələri də yaxından iştirak ediblər.

   İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev narkomaniya və onun fəsadları, bunlara qarşı mübarizə yolları barədə geniş və təhlili məruzə edib.

   Ardınca “Narkomaniya -ölümə aparan qısa yol” sənədli filminə baxış olub.

   Tədbirdə iştirak edən təşkilatların nümayəndələri Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Azad Şahalıyev,  Mərkəzi Xəstəxananın həkimi Murad Həbibov, rayon Polis Şöbəsinin azyaşlılarla İş bölməsinin  müdiri Rahim Orucov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə İsmayıllı şöbəsinin nümayəndəsi Elnur Mehdiyev və Dövlət Təhlükəsizliyi Xidməti İsmayıllı rayon şöbəsinin rəis müavini Cavid Məmmədov narkomaniyanın fəsadları barədə fikirlər səsləndiriblər. Natiqlərin hər biri öz növbəsində narkotiklərin cəmiyyətin həyatında yaratdığı bəlaları müxtəlif aspektlərdən təhlil ediblər.

   İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov İsmayıllı gənclərinin narkomaniya və bu kimi bəlalardan uzaq olduğundan, onların cəmiyyətin həyatında həlledici rolundan bəhs edib. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər bir nümayəndəyə öz təşəkkürünü bildirib.

   Qarşılıqlı diskusiya şəraitində keçən seminar-müşavirədə gənclərin fikirləri dinlənilib. Narkomaniyanın qarşısının alınması istiqamətində hazırlanmış bukletlər iştirakçılara paylanıb.

   Sonda hər bir gəncə,hər bir iştirakçıya  narkomanoya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq tövsiyə edilib.




Baxılıb: 1346