Abşeronda narkotiklərlə bağlı 165 cinayət faktı qeydə alınıb

   Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, pisxotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Abşeron Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, Polis idarəsi, Səhiyyə şöbəsi və rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birgə tədbirlər planı hazırlanmış, həyata keçməsi üçün işlər aparılmışdır.

   Belə ki, ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində, pedaqoji kollektivlərdə şagirdlərin, valideynlərin, hüquq mühafizə orqanların və səhiyyə şöbəsi işçilərinin iştirakı ilə seminarlar, “dəyirmi masa”lar və görüşlər keçirilmişdir. Tədbirlər planına uyğun olaraq Təhsil şöbəsinin işçiləri məktəblərdə və məktəbdənkənar tərbiyə müəssisələrində “Narkotik maddələrin cəmiyyət üçün mənfi təzahürləri” “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” “Narkotik maddələrin cəmiyyətdə törətdiyi fəsadlar” “Narkomaniya ümumbəşər bəladır” və s. mövzularda “dəyirmi masa”lar və yığıncaqlar keçirmişlər.

   Keçirilən tədbirlərdə əyani vasitələr, videokasetlər və digər təbliğat vasitələrindən geniş istifadə edilmiş, cəmiyyət üçün qorxulu olan narkomaniya bəlasının acı nəticələri əyani şəkildə nümayiş etdirilmişdir. Narkotik maddələrin insan sağlamlığına vurduğu ziyan elmi şəkildə izah edilərək narkomaniyanın Milli mentalitetmizə yad təzahür olduğu bildirilmişdir.

   Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı verilən fərman və sərəncamların icrası ilə əlaqədar və eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın reallaşdırılması sahəsində rayon komissiyası bir sıra tədbirlər həyata keçirmişdir.

   Yeniyetmə və gənclər arasında müntəzəm olaraq “Mənim yaxınım narkoman olsa” mövzusunda sosioloji sorğu, Narkotiksiz sağlam həyat” mövzusunda rəsm sərgisi və “Narkomanlığa qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

   Narkomanlığın profilaktikası mövzusunda kütləvi informasiya vasitələrində materiallar verilmiş, təbliğat və maarrifləndirmə işi aparılmışdır. Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin məskunlaşdığı yerlərdə təbliğat və maarifləndirmə işləri həyata keçirilmişdir.

   Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları ilə birlikdə reydlər keçirilmişdir. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilmiş və nəzarətə götürülmüşdür. Səhiyyə şöbəsi ilə daim əlaqə saxlanılaraq, narkotik maddələrin qəbuluna aludə olmuş gənclərin sağlam həyat tərzinə qaytarılması məqsədi ilə onların müalicə olunmaları üçün birgə səylər göstərilir.

   Gənclər və idman idarəsinin bu sahədə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri gənclərin sağlam həyat ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli keçirilməsidir. Bunun üçün idman tədbirlərinə geniş yer verilir. Rayonumuzda kütləvi idman növlərindən olan futbola və karateyə daha çox gəncləri cəlb etmək üçün bu idman növləri üzrə rayon birincilikləri keçirilir. Respublika səviyyəli yarışlarda iştirak edilir. Artıq 9000-ə yaxın gənc idmanla məşğul olmağa cəlb edilmişdir və rayon İcra Hakimiyyətinin müvafiq komissiyalarının iştirakı ilə narkotik vasitələrin psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş seminarlar keçirilmişdir.

   “Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Xaş-xaş 2016” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin yerlərdə nümayəndəliklərinin rayon Polis idarəsinin rəhbərliyinin iştirakı ilə rayonda yerləşən Xırdalan şəhərinin, qəsəbə və kəndlərindəki tam orta məktəblərində bir sıra tədbirlər həyata keçirilmişdir. Bunlara misal olaraq Xırdalan şəhər 1,2,3,4,5,6,7,8,9,10 saylı tam orta məktəblərində, Saray qəsəbə 1,2,3 saylı tam orta məktəblərində, Mehdiabad 1,2,3,4 saylı tam orta məktəblərində, Qobu 1,2,3 saylı tam orta məktəblərində,Masazır kənd 1,2,3,4 saylı tam orta məktəblərində və Ceyranbatan qəsəbə 1,2 saylı tam orta məktəblərində “Narkomaniya ümumbəşər bəladır” və digər mövzularda elmi-praktik konfranslar keçirilmiş, ictimaiyyət qarşısında maarifləndirici çıxışlar edilmişdir.

   Rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkinlərini aşkar etmək, narkotik vasitələrin hazırlanmasının qarşısını almaq məqsədi ilə narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının rəhbərliyi altında və digər xidmət sahələrinin iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

   Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarına daxil olmuş məlumatlara əsasən, narkotiklərlə bağlı bir sıra tədbirlər həyata keçirmişlər.

   Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2016-cı il və 2017-ci ilin 4 ayı ərzində narkotiklərlə bağlı 165 cinayət faktı qeydə alınmışdır.

   Bunlardan 19 fakt satış,4 fakt əkin,142 fakt narkotik vasitələrdən istifadə etməkdir. Tutulub saxlanılanlar arasında 163 nəfər kişi,2 nəfər qadın olmuşdur.

   Rayon ərazisində 558 nəfər narkoman qeydiyyata alınmışdır.

   2016-ci il və 2017-ci ilin 4 ayı ərzində rayonun qəsəbə və kəndlərində yerləşən ümumtəhsil məktəblərində,Bakı Humanitar və İqtisad Kollecində “Narkomaniya ümumbəşər bəladır” və qeyri-ənənəvi dini təriqətlərə,dini radikalizmə qarşı mübarizə mövzusunda tədbirlər keçirilmişdir.Tədbirin sonunda “Fitnə” filmi nümayiş etdirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, İdman və gənclər idarəsinin rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişlər. Keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Fuad Cəbrayılov,

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və 
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə, Rayon Komissiyasının sədri




Baxılıb: 1303