Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırığına əsasən, “26 iyun-Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” ərəfəsində həyata keçirilən ictimai maarifləndirmə tədbirlərinin davamı olaraq “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo (iki formatda) 2017-ci ilin 23 iyun tarixindən etibarən (20 gün müddətində) Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında nümayiş olunur.