26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Suraxanı rayonunda tədbirlər təşkil olunub.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Suraxanı rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə cari ilin 22 may tarixində rayonun Gənclər Evində “Narkomaniya bəşəriyyətin bəlasıdır” devizli profilaktik tədbir keçirilib. O cümlədən, 23 iyun tarixdə “Gənclər narkotiklərə qarşı” mövzusunda dəyirmi masa təşkil edilmiş və mövzu ilə əlaqədar rəsm sərgisinə baxış keçirilmişdir.




Baxılıb: 2850