Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarının davamı olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 300x600 sm ölçüdə lövhələr 2017-ci ilin avqust ayı ərzində Bakı şəhəri üzrə daha 5 küçədə quraşdırılmışdır.
Beləliklə, cari il ərzində sosial layihə çərçivəsində ümumilikdə 60 lövhənin yerləşdirilməsi təmin edilmişdir.