Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstəriş və tapşırığına uyğun olaraq, cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na əsasən, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası cari ilin müvafiq dövrü ərzində 2, 7, 10, 11, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində nümayiş olunub.
Görülən işlərin davamı olaraq, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan və əsasən maarifləndirmə funksiyasını yerinə yetirən “Həyatla oyun” teatr tamaşasının cari il ərzində digər cəzaçəkmə müəssisələrində də göstərilməsi nəzərdə tutulur.