Profilaktik tədbirlərin səmərəliyini və intensivliyini artırmaq məqsədi ilə Ağsu rayonunda tədbir keçirilib.

   Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.4-cü bölməsinin icrası ilə əlaqədar  cari ilin 06 oktyabr tarixində Dövlət Komissiasının İşçi Qrupunun təşəbbüsü Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir keçirmişdir. 

   Tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

    Məlumat üçün bildirik ki, bu tip tədbirin Sumqayıt, Şamaxı, İsmayıllı, Xızı, Quba şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur.




Baxılıb: 1563