Ali və orta ixtisas təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçiriləcək

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, müvafiq icraçı orqanlarla birlikdə təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə cari ilin 23-30 noyabr tarixlərində Gəncə, Mingəçevir, Bərdə, Lənkəran, Masallı, Astara şəhər və rayonlarında olan ali və orta ixtisas təhsil müəssisələrindəmaarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

    Tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçalarının, xəbərdarlıq vərqələrinin, metodik materialların və digər maarifləndirmə xarakterli çap məhsullarının iştirakçılar arasında paylanılması təmin olunacaq.




Baxılıb: 1377