Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 15 dekabr tarixində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tədbir çərçivəsində iştirakçılara paylanılmış, bundan əlavə xidməti istifadə üçün maarifləndirici materiallar müəssisə kiabxanasına təqdim edilmişdir.