Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti birgə Tədbirlər Planı imzalayıb

   Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2018-ci il üçün birgə “Tədbirlər Planı” imzalanıb.

   Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

   Cari İl ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan  cəzaçəkmə müəssisələrindəcəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS  və digər viruslara yoluxma barədə tibbi-gigiyena, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi mövzusunda eləcə də, mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir.




Baxılıb: 1368