Nizami rayonunda “Narkomaniya ən ağır zərərli vərdişdir” mövzusunda tədbir keçirilib

    Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  2018-ci il üçün İş Planında aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə,habelə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planınına uyğun olaraq 2018-ci il fevral ayının 7-də Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniya ən ağır zərərli vərdişdir”  mövzusunda tədbir keçirilib.

   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, liseyin direktoru Kamran Rəhimov və təhsil müəssisəsinin həkimi Həmidə Ələfsərova   çıxış edərək narkomaniyanın ağır fəsadları, onun insan sağlamlığına vurduğu sağalmaz yaraları barədə tədbir iştirakçılarına geniş məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmağın zərurilyi önə çəkilib.

   Tədbirdə həmçinin narkomaniya barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

   Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.




Baxılıb: 2839